
Fevral məruzələri: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı
“Fevral məruzələri: Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” beynəlxalq elmi-praktik gənclər konfransı ilk dəfə 2016-cı ildə “Azərbaycan Hava Yolları” QSC (AZAL) Milli Aviasiya Akademiyasında (MAA) keçirilmişdir. Konfrans Gənclər Günü və Azərbaycanın “Azerspace-1” ilk telekommunikasiya peykinin orbitə buraxılması tarixinə həsr olunmuşdır. Ənənəvi olaraq hər il fevral ayında təşkil olunan bu konfrans gənc alim və tədqiqatçılar üçün beynəlxalq elmi müzakirə platformasına çevrilmişdir. 11-ci konfrans 3-5 fevral 2026-cı il tarixlərində MAA-da keçiriləcəkdir. “Fevral məruzələri-2026” XI beynəlxalq elmi-praktiki konfransı gənc alim və tədqiqatçıların bir araya gələcəyi, yeni elmi ideya və təcrübələrin paylaşılacağı, eyni zamanda elmi nəticələrin təqdimatının həyata keçiriləcəyi akademik platformadır.
Konfrans plenar məruzələrdən və 11 bölmə üzrə paralel sessiyalardan ibarət olacaqdır. Konfrans çərçivəsində məruzələr Azərbaycan, İngilis və ya Rus dillərində təqdim edilə bilər. Konfrans müddətində həmçinin dəyirmi masalar, ustad dərsləri və sərgilərin təşkili də nəzərdə tutulur. Konfrans MAA-nın təşkilatçılığı ilə hibrid formada keçiriləcəkdir.
Konfransa təqdim olunan bütün məqalələr “Fevral məruzələri-2026: Aerokosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” adlı materiallar toplusunda nəşr olunacaq.





