Konfransda iştirak üçün təqdim edilən məruzələrin tam mətnləri (məqalələr) Azərbaycan, İngilis və ya Rus dillərində müvafiq nümunəyə (şablon) uyğun olaraq tərtib edilməli və elektron forma üzərindən təqdim edilməlidir. Yalnız konfransın bölmələrinə uyğun məqalələr qəbul olunacaqdır.
Azərbaycan və Rus dillərində olan məqalələr üçün əlavə olaraq İngilis dilində məqalənin adı və müəllifin(lərin) soyadı, adı və ata adı göstərilməklə qısa xülasəsi (abstract) təqdim edilməlidir. İngilis dilində olan məqalələr üçün Azərbaycan və ya Rus dilində qısa xülasə (annotasiya) təqdim olunmalıdır.
Məqalədə təqdim olunan məlumatlara görə müəllif məsuliyyət daşıyır.
Təqdim olunan məqalələr plagiat yoxlanışından keçdikdən sonra qəbul olunacaqdır.
Göndərilmiş məqalələr konfransın elmi komitəsi və müvafiq bölmələr üzrə mütəxəssislər tərəfindən təqdim olunan rəylər əsasında qiymətləndirilir və seçilir.
Konfrans çərçivəsində məruzəsi dinlənilməyən müəlliflərin məqalələri, eləcə də proqram komitəsi tərəfindən müsbət rəy verilməyən və ya konfransın tələblərinə cavab verməyən materiallar topluda nəşr olunmayacaq.
Eyni məqalənin təkrar təqdim olunması tövsiyə olunmur.
Müəlliflərdən məqalənin əlyazmasının hazırlanması zaman aşağıda qeyd olunanları nəzərə almaları xahiş olunur:
- Məqalənin tam mətni 3-5 səhifə aralığında olmalıdır;
- Təqdim olunan fayl “MS Word” formatında olmaqla müəllifin adı və soyadı ilə adlandırılmalıdır (nümunə: ad.soyadı.docx);
- Məqalənin tam mətni müvafiq nümunəyə (şablon) uyğun tərtib olunmalıdır.
Konfransda iştirak ödənişsizdir!
Qeydiyyat və məqalənin göndərilməsi
